Qaragöl məsələsi KTMT XİN başçılarının toplantısında

   Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli mətbuata açıqlamasında bildirib  ki, Ermənistan  KTMT-nin  keçiriləcək toplantısında Qaragöllə bağlı şişirtdiyi məsələni müzakirəyə çıxardacaq.

     Politoloq bildirib ki, KTMT-nin əslində hansı mövqedə olacağını ötən gün Rusiya XİN başçısı Lavrov dedi:

     “KTMT XİN başçılarının toplantısı olacaq. Sergey Lavrov da ötən gün bildirdi ki, sərhəddə heç bir atışma yoxdur, heç bir toqquşma baş verməyib, sakitcə sərhəd delimitasiya və demarkasiyası prosesi üzrə danışıqlar gedir, Rusiya da xəritələrlə və məsləhətlərlə dəstək verir. Lavrov eyni zamanda açıq şəkildə bildirdi ki, baş verənlərdən hissləri oynatmaq üçün istifadə etməyə heç bir əsas yoxdur. Hətta ermənipərəst Lavrov da bu mövqedədirsə, onda KTMT-nin müzakirədən sonra formal müraciətindən başqa heç nə gözləməyə dəyməz”.