“Qaragöl Paşinyanın seçki şousudur ” – Ermənistan müxalifətindən açıqlama

     Azərbaycan Ordusunun Zəngəzur istiqamətində sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı aparılan işləri fonunda ermənilərin 12 may tarixindən başlatdığı antiazərbaycan kampaniyası  ilə bağlı maraqlı Ermənistan müxalifətindən açıqlama gəlib.

    Ermənistan müxalifətinin nümayəndələri bunu Nikol Paşinyanın oyunu kimi təqdim edirlər.  Qarabağ klanının üzvü Qarnik Arakelyan bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Zəngəzur vilayətində sərhəd demarkasiya və delimitasiyasının bu səviyyədə gərginləşdirilməsi siyasi oyundur və hədəf seçkiləri təxirə salmaqdır.

      Qarnik Arakelyan  iddia edib ki, Nikol Paşinyan gərginliyi artıraraq, hərbi vəziyyət elan etməyə çalışır.

Bildirək ki, Qarnik Arakelyan Robert Köçəryan tərəfdarı kimi tanınır.

      Erməni sosial şəbəkə istifadəçiləri də heç bir əsası olmayan, Azərbaycan Ordusu ilə sakit müzakirələrin aparılmasına baxmayaraq, məsələnin bu dərəcədə şişirdilməsini Nikol Paşinyanın seçkiyə hesablanmış oyunu adlandırırlar.

      İddialar sırasında o da bildirilir ki, sərhəddəki gərginlik qısa müddətdə sakitləşərsə və Paşinyan istəyinə nail olmasa, onda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan “B planı”na keçəcək və pandemiyanı bəhanə edəcək. Belə ki, koronavirusa yoluxma sayı şişirdilərək, qapanmalara gediləcək – ən yaxşı halda seçkilərdə məhdudiyyətlər tətbiq ediləcək, ən pis halda isə seçkilər təxirə salınacaq.