Qaragöllə bağlı danışıqlar nəticəsiz qaldı – Azərbaycanın şərtləri var

Gorus bələdiyyə sədrinin müavini Menua Hovsepyan bildirib ki, İşıqlı Qaragöl ətrafında bu gün saat 14:00-da başlayan görüş nəticəsiz başa çatıb.  Azərbaycan tərəfi bəzi şərtlər irəli sürüb. Danışıqlar 2 gün ərzində davam edəcək.

Bildirək ki, İşıqlı Qaragöl Laçın və Gorus rayonu arasında yerləşir, 1987-ci ilin 17 oktyabrında Azərbaycan və Ermənistan SSR-in birgə qərarı ilə yaradılmış Qaragöl Dövlət Təbiət Qoruğuna daxildir. Ermənistan Laçını işğal etdikdən sonra dövlət sərhədini irəli çəkib, indi Azərbaycan dövlət sərhədini bərpa edir.

Görüşdə Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin təmsilçiləri və Qarabağdakı Rusiya sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradov iştirak edib.