“Qarpız içində uşaq ” sərt təpkilərlə üzləşdi – MARAQ DÜNYASI

Türkiyənin Diyarbəkir hava limanı Yonca Qovşağında maraqlı  maket-heykəllər  var. “Yallı gedən folklor qrupu”,  “Qarpız içində uşaq”, “Sinidə kadayıf (türk mətbəxinə məxsus şirniyyat –red.)  daşıyan adam” və “Həsir bilərzik” əhalinin təpkiləri əsas alınaraq götürülüb.

       Ancaq bu maket-heykəllər heç də birmənalı qarşılanmmayıb və olduqca geniş müzakirələrə səbəb olub.  Diyarbəkir bələdiyyəsi maket-heykəllərlə bağlı bitmək bilməyən müzakirələrə onları yerləşdirildikləri yerlərdən qaldırmaqla son qoymaq istəyib. 

       Ən çox da “Qarpız içində uşaq” maket-heykəli təpkilərə səbəb olubmuş. Görənlər deyirmiş ki, qarpızın içindəki usaga deyil, daha çox yetişkin çinli bir adama oxşayır.  Bələdiyyə də müzakirələri bitirmək istəyib, lakin bu dəfə də maket-heykəllərə nə qədər vəsait xərcləndiyi müzakirələri açılıb. 

       Maket-heykəllərə 4 milyon lirə vəsait xərcləndiyi xəbəri yayılıb. Bələdiyyə yazılı açıqlamasında bu məlumatın yalan olduğunu, 4 milyon 412 min 835 TL-nin ümumilikdə 170 min kvardat metrlik bir ərazidə aparılan təsərrüfat, yaşıllaşdırma, su-drenaj və s. işlərə sərf olunduğunu qeyd edib.