Qazaxıstanda keçirilən “IT Stars 2021” II onlayn beynəlxalq festivalda Azərbaycan məktəbliləri qaliblər sırasında olub

Qazaxıstanın Almatı şəhərində məktəblilər arasında “IT Stars 2021” II onlayn beynəlxalq gənclər festivalı keçirilib.
Təhsil nazirliyindən Realliq.TV – yə verilən məlumata görə, festivala Azərbaycan, Qazaxıstan, Rusiya, Belarus və Qırğızıstandan ümumilikdə 420 məktəbli qatılıb. Ölkəmizi yarışmada 25 məktəbli təmsil edib. Onların arasından 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin 4 dərnək üzvü “Proqramlaşdırma”, “Şən və hazırcavablar”, “Kompüterdə sürətli yazı”, “Məni təəccübləndir” nominasiyaları üzrə qalib olub.
Qaliblər təşkilatçılar tərəfindən diplomlarla təltif olunub.