“Quzey Kiprin statusu təsdiqlənməlidir” – Rəcəb Tayyib Ərdoğan

“Cenevrədə keçirilən görüş Kiprin gələcəyi üçün əhəmiyyətli dönüş nöqtəsi oldu”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, yeni danışıqlar prosesi iki icma arasında deyil, iki dövlət arasında aparılmalıdır:

“Bu danışıqlarda iki dövlətin necə əməkdaşlıq edə biləcəyi müəyyənləşdirilməlidir. Bunun üçün əvvəlcə Kipr türkünün suveren bərabərliyi ilə bağlı statusu təsdiqlənməlidir. İkidövlətli həll variantını rədd etmək – Kiprin türk xalqının müstəqilliyini rədd etmək deməkdir”.