Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasına sərt təpki

  Türkiyə Cümhuriyyətinin prezidenti  Rəcəb Tayyib Ərdoğan son günlər şiddətlənən İsrail-Fələstin qarşıdurması ilə bağlı dünyaya, xüsusən də BMT Təhlükəsizlik Şurasına müraciət edib.

      Realliq.tv bildirir ki, R.T. Ərdoğan  müraciətində bunları deyib:

     ” İsrail insan haqlarına, beynəlxalq hüquqa qarşı olan davranışlarına dərhal son qoymalıdır.  Əks təqdirdə, dünyada heç bir insanın beynəlxalq qurumlara və qaydalara güvəni qalmaz. BMT Təhlükəsizlik Şurası dərhal bu zülmü dayandırmazsa, demək, “dünya 5-dən böyükdür” sözümüzü qəbul edir.

      Unudulmamalıdır ki, Qüds bütün dünyadır və oradakı müsəlmanlar bütün bəşəriyyətdir”.