Rəcəb Tayyib Ərdoğan iyunun 16-da Şuşa şəhərinə gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyun ayının 15-də Azərbaycana gələcək

Səfər proqramına əsasən, Ərdoğan Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşəcək. Növbəti gün, iyunun 16-da Türkiyə və Azərbaycan Prezidentləri birlikdə işğaldan azad edilən Şuşa şəhərinə səfər edəcəklər.Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Milli Təhsil naziri Ziya Selçuku qəbul edərkən bildirib ki, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin də təməlqoyma mərasimi proqramda öz əksini tapıb.