Rəcəb Tayyib Ərdoğanın qarşıdakı həftələrdə Azərbaycana gələcək
Türkiyə Respublikasının Mədəniyyət və Turizm naziri Məhməd Nuri Ərsoy bildirib mətbuata açıqlamasında bildirib ki, Ermənistan uzun illər ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni irsə qəsd edib.
Məhməd Nuri Ərsoy işğaldan azad edilmizş ərazilərdə qurucukuq işləri ilə bağlı bildirib: “Deyə bilərəm ki, bu günlərdə Azərbaycan və Türkiyə prezidentləri səviyyəsində, işğaldan azad edilmiş Azərbaycan ərazilərində yenidənqurma və restavrasiya işlərinin necə planlaşdırılması haqqında müzakirələr gedir №.
O, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gələcəyi vaxtla bağlı da açıqlama verərək deib: “Bu torpaqlarda infrastruktur və yenidənqurma işləri ilə yanaşı mədəni, tarixi əhəmiyyətə malik abidələrin, arxeoloji yerlərin restavrasiyası da ön plandadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşıdakı həftələrdə Azərbaycana edəcəyi səfərdən sonra, bizim də Qarabağın yenidənqurulması və restavrasiyası ilə bağlı fəaliyyətimiz intensivləşəcək. Ən qısa müddətdə qeyd etdiyim mədəni, tarixi abidələrin bərpası, qorunması bölgədə turizmin inkişafına da təkan verəcək”.