“Reallıq TV” internet «efirinə» çıxır

Keçmiş siyasi məhbus, Realliq.info saytının baş redaktoru İkram Rəhimov yeni “Reallıq TV” layihəsini internet-televiziya formatında həyata keçirməyə başlayıb.

“Biz auditoriyanın internet şəbəkəsində vizual məhsullara marağının artdığını müşahidə edirik və buna görə də onlayn media resursu ilə yanaşı Realliq TV televiziyasını  işə salmaq qərarına gəldik”, deyə Rəhimov Turan agentliyinə bildirib.

Yeni TV, daxili və beynəlxalq həyatın mühüm hadisələrini işıqlandıraraq, gündə iki dəfə efirə çıxacaq.