“Realliq.TV”-nin Baş redaktoru Ombudsmana müraciət etdi – Sorğumuza cavab ala bilmirik
Realliq.TV informasiya saytının baş redaktoru İkram Rəhimov Azərbaycanın İnsan Hüquqları Üzrə Müvəkkili, Ombudsman Səbinə xanım Əliyevaya müraciət edib. Müraciətdə deyilir:
“Hörmətli Səbinə xanım. Artıq neçə gündür ki, Avropa Şurasının Bakı Ofisinə, Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Şuranın sədri Azay Quliyevə rəsmi informasiya sorğusu ünvanlamışam. Avropa Şurasının Bakı Ofisi sorğumuzu tam cavablandırmayıb və verilən cavabda ümumi fikirlərə üstünlük verilərək faktlar təqdim edilməyib.
Lakin hər zaman olduğu kimi ölkə qanunlarına, KİV, İnformasiya Əldə Etmək haqqında qanunvericiliyə məhəl qoymayan Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Şuranın sədri Azay bəy sorğularımızı cavamlandırmaqdan yayınır.
Sorğuda qadırılan məsələlər və cavabı istənilən suallar aşağıdakılardır:
“1. Mətbuat Şurası, Jurnalistlərin Həmkarlar İttifaqı, CASCFEN, Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi, Parlament Jurnalistlər Birliyi, Jurnalist Araşdırmaları Mərkəzi, RUH Jurnalist Təşkilatı, Demokratik Jurnalistlər Liqası, Hərbçi Jurnalistlər Birliyi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistlərinin Assosiasiyası, Beynəlxalq Avrasiya Mətbuat Fondu və digər bu kimi adı media ilə bağlı olan Qeyri Hökümət Təşkilatları fəaliyyət göstərdikləri illər ərzində neçə və hansı layihələri həyata keçiriblər və layihə rəhbərləri kimlərdir.
- Əflatun Amaşov, Müşfiq Ələsgərli, Azər Həsrət, Yadigar Məmmədli, Sona Vəliyeva və Mətbuat Şurasının İdarə Heyətinin digər üzvləri ilə hansı layihələr həyata keçirilib və nə qədər qrant vəya ödəmələr olub.
- QHT -na Dövlət Dəstəyi Şurası tərəfindən yuxarıda adıçəkilən QHT – lər, ictimai təşkilatlara layihələr üzrə nə qədər qrant və ya ödəmələr edilib.
- Həmin təşkilatlar layihələr həyata keçirərkən Şuraya təqdim etdiklər xərc qrafiklərinin sürətini bizə təqdim etməyinizi xahiş edirik. Sizə öncədən təşəkkür edirəm. Hörmətlə: İkram Rəhimov “Realliq.TV” İnformasiya saytının baş redaktoru “
QHT-na Dövlət Dəstəyi Şurası sorğumuzu cavabsız qoymaqla ölkə qanunlarını pozmaqda davam edir. Ona görə Sizdən ölkənin İnsan Hüquqları Üzrə Müvəkkili, Ombudsmanı olaraq Kütləvi İnformasiya Vasitələri, İnformasiya Əldə etmək haqqında qanunların tələbi ilə bizə yardımçı olmağınızı və pozulmuş hüquqlarımızın bərpası ilə bağlı tədbir görməyinizi xahiş edirik”
Rəna