Realliq.tv-nin Facebook profilləri oğurlanıb

Realliq.tv saytının, Realliq.info qrupunun Facebook səhifəsinin profilləri, həmçinin Realliq.tv saytının redaktoru İkram Rəhimovun şəxsi Facebook profili oğurlanıb.

“Bütün profillər kənar qrup tərəfindən idarə olunur, mənim isə profillərə çıxışım yoxdur”, – Rəhimov Turan agentliyinə bildirib.

O həmçinin deyib ki, YouTube Realliq.tv-nin YouTube səhifəsinin sındırılması cəhdləri barədə onu məlumatlandırıb. YouTube səhifənin qorunması üçün tədbirlər görülüb, Rəhimov geyd elədi.