Respublika Günü münasibəti ilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar, ekskursiyalar, kitab, foto və rəsm sərgiləri təşkil edilib, sənədli və bədii filmlər nümayiş olunub.

Eyni zamanda, ümummilli liderimiz Heydər Əliyevin, Azərbaycan Milli Qəhrəmanları və Sovet İttifaqı Qəhrəmanlarının abidələri, Şəhidlər xiyabanları ziyarət edilib, abadlıq işləri aparılıb.
Hərbi hissələrdə bayram konsertləri, kütləvi hərbi vətənpərvərlik və digər tədbirlər keçirilib.