Robert Koçaryan : ” Bu gün bütün ümidimiz yalnız Rusiyadır “
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan sərhəd xəttinin demarkasiyası məsələsinə toxunaraq bildrib ki, bildirib ki, sərhəd xəttinin bir çox yerlərdə dəqiqləşdirilməsinə ehtiyac var. Bu uzun və olduqca problemli prosesdir. Hər metr torpaq üçün danışıqlar aparılır.
Koçaryan əlavə edib ki, Ermənistan indi zəifləmiş vəziyyətdədir:
“Bu gün biz danışıqların tam hüquqlu tərəfi deyilik, bu gün bütün ümidimiz yalnız Rusiyadır. Kimin nə deməsindən asılı olmayaraq, ötürmə Rusiya Federasiyası tərəfə edilir. Bunun başqa bir təhlükəli məqamı da var – əgər məsələ həll olunmursa, şüurda belə bir fikir formalaşır ki, demək Rusiya bunu istəmir. Günahın səndə olmasına baxmayaraq, konspiroloji nəzəriyyə işə düşməyə başlayır. Məsuliyyət başqalarının üzərinə atılır. Hazırkı hakimiyyət bu məsələlərdə çox bacarıqlıdır”, – Ermənistanın keçmiş prezidenti fikrini tamamlayıb.