Rus qoşunları Xarkovdan çıxarılır – Ukraynadan uğurlu əks-hücum

Rusiya ağır itkilərdən sonra qüvvələrini yenidən qruplaşdırmaq və sayını artırmaq üçün Xarkov vilayətindən çıxarır.

Reallıq Tv. Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə İngiltərə kəşfiyyatı məlumat yayıb.

“Ukrayna qüvvələri Xarkovdan şimalda əks-hücumları davam etdirir, Rusiya sərhədinə doğru bir neçə şəhər və kənd geri alınıb. Rusiyanın Xarkov vilayətindəki bölmələri Ukraynanın əks-hücumlarından sonra ağır itkilər verib”, – məlumatda bildirilib.

Müharibənin ilk mərhələsində Rusiyanın Xarkovu mühasirəyə almaqda uğur qazanmasına baxmayaraq, ağır itkilərdən sonra qüvvələrini yenidən qruplaşdırmaq və artırmaq üçün bölmələri bölgədən çıxardığı deyilib.

İngilis kəşfiyyatının məlumatına görə, Xarkovdan çıxarılan qüvvələrin Severski Don çayının şərq sahilinə yerləşdiriləcəyi, Rusiyanın əsas qüvvələrinin qərb cinahını və İzyumdakı əsas təchizat yollarını qorumaq üçün bloklayıcı qüvvə təşkil edəcəyi ehtimal edilir.

“Rusiya qoşunlarının Xarkov vilayətindən çıxarılması Ukraynanın əsas şəhərlərini ələ keçirilə bilməməsinin üstüörtülü etirafıdır”, – açıqlamada vurğulanıb.