Rusiya ərazisində yaşayan azərbaycanlı miqrantlara xəbərdarlıq
Azərbaycanın Rusiyadakı Səfirliyinin məlumatına görə, Rusiya ərazisində qeyri-qanuni yaşayan azərbaycanlılara müraciət edilib.
Müraciətdə bildirilib ki, Azərbaycan vətəndaşları iyunun 15-dək Rusiya ərazisində öz hüquqi vəziyyətlərini nizamlamaq məqsədi ilə faktiki yerləşmə yerlərində, bölgə və şəhərlərdə Daxili İşlər Nazirliyinin ərazi orqanlarının miqrasiya məsələləri üzrə bölməsinə ən qısa zamanda müraciət etməlidirlər.
Rusiya qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq cərimə (təxminən 5 000 rubl) və ya rüsumun ödənilməsindən sonra onların Rusiya ərazisində statusunun leqallaşdırılması aparılacaq. Rusiyada olan vətəndaşlarımıza qısa müddət ərzində aidiyyəti üzrə müraciət etmələri tövsiyə edilir.