Rusiya Baydenin həyat yoldaşı və qızına SANKSİYA QOYDU

Rusiya XİN daha 25 ABŞ vətəndaşının ölkəyə girişinə qadağa qoyub.

Bu barədə Reallıq Tv. Rusiya mətbuatına istinadən xəbər verir.

Siyahıya ABŞ Prezidenti Cozef Baydenin həyat yoldaşı Cill Bayden, qızı Eşli Bayden, Senat üzvləri, Stenford, Yell və Harvard universitetlərinin əməkdaşları daxildir.

Xatırladaq ki, daha əvvəl 936 ABŞ vətəndaşının Rusiyaya girişinə qadağa qoyulmuşdu.