Rusiya Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində yerləsən sülhməramlılarla bağlı məlumat yayıb

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə heç bir təxribat hadisəsi baş verməyib.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Ermənistan tərəflərinin demarkasiya xəttində atəşkəs rejiminə riayət olunmasını və nəqliyyatın təhlükəsizliyini, Laçın dəhlizi boyunca ərzaq və müxtəlif malların daşınmasını təmin etməyə davam edir: “Ötən həftə ərzində sülhməramlı kontingentin məsuliyyət daşıdığı zonada atəşkəs pozuntusu qeydə alınmayıb. Rusiya hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlər edilməyib”.

Qeyd edilir ki, Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin heyəti müntəzəm olaraq döyüş hazırlığı fəaliyyətləri, pozuntuların və müşahidə məntəqələrinə mümkün hücumların qarşısını almaq üçün təlimlər həyata keçirir.