Rusiya nümayəndə heyəti aviaəlaqənin bərpası ilə bağlı Türkiyəyə gedir

Rusiya Baş Nazirinin müavini Tatyana Qolikovanın ofisindən verilən açıqlamaya görə  Rusiya nümayəndə heyəti vəziyyəti qiymətləndirmək və aviaəlaqənin bərpası ilə bağlı Türkiyəyə gedir.

Məlumata görə, uçuşların və turizmin bərpasına sanitar-epidemioloji vəziyyəti qiymətləndirmək üçün operativ qərargah tərəfindən təsdiq edilmiş meyarlar əsasında qərar veriləcək.

Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti turizm obyektlərinə baxış keçirəcək.

Qeyd edək ki, koronavirusa yoluxma hallarının artması ilə əlaqədar Rusiya Türkiyəyə çarter reyslərini dayandırmışdı.