Rusiya qoşunları Xarkovun mərkəzinə girdilər

Rusiya hərbi bölmələri Ukraynanın Xarkov şəhərinə hücumlarını davam etdirir.
“Reallıq Tv” xəbər verir ki, Rusiya zirehli bölmələri müxtəlif istiqamətlərdən Xarkova giriblər.
Ukrayna Daxili İşlər Nazirliyi Rusiya hərbi qüvvələrinin Xarkova daxil olması barədə məlumat yayıb.
Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov Rusiya qoşunlarının Xarkova girdiyini deyib. O, vətəndaşların küçələrə çıxmamasını, sığınacaqlarda qalmalarını bildirib.