Rusiya Silahlı Qüvvələrinin Ukraynaya yeritdiyi birləşmələr Sumı vilayətindəki Oxtırka şəhərindəki hədəfləri vurmaq üçün vakuum aviasiya bombalarını işə salıb.

“Reallıq Tv” xəbər verir ki, vakuum bombaları bir çox beynəlxalq anlaşmalarda istifadəsi qəti qadağan olunmuş sursat növlərindən sayılır.

Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova ABŞ Konqresinin üzvləri qarşısında çıxış etdikdən sonra Rusiyanın təcavüzünə etiraz edib: “Onlar bu gün Cenevrə konvensiyasının qadağan etdiyi vakuum bombasından istifadə etdilər”.

Oxtırkaya vakuum bombasının atılması barədə xəbəri şəhər meri Pavel Kuzmenko təsdiqləyib.

Rusiya Silahlı Qüvvələrində olan AVBPM tipli vakuum bombasında 7100 kq partladıcı maddə var. Bu isə trotil ekvivalenti ilə 44 ton deməkdir. Sözügedən aviabombanın partlayışının radiusu 300 metrdir. Partlayış o qədər güclü olur ki, vakum aviabombasının düşdüyü yerdən 2,24 km aralıdakı insanı partlayışın zərbə dalğası yerə yıxır. Hərbi ekspertlər vakuum aviabombasını “dəhşətli silah” kimi səciyyələndirirlər.