Rusiya və İran bir-birlərininə silah çəkdi- Suriyada

Suriyanın Hələb şəhərində İranın dəstəklədiyi “Fatimiyyun” briqadası milisləri ilə Rusiya əsgərləri arasında silahlı qarşıdurma baş verib.

Türkiyə mətbuatının verdiyi məlumata görə  İranın dəstəklədiyi “Fatimiyyun” briqadası bölgədə adı açıqlanmayan bir nəfərin axtarışını aparmaq istəyib, ancaq rus hərbçiləri buna etiraz edib. Bundan sonra isə rusların düşərgəsinə basqın edilib.

Münaqişə nəticəsində 1 rus əsgəri ölüb, 2-si yaralanıb. “Fatimiyyun” briqadasından isə ölü və ya yaralı sayı haqqında məlumat verilməyib. 

Toqquşma ilə bağlı İran və Rusiya tərəfi hər hansı bir rəsmi açıqlama yaymayıb.