Rusiyadakı səfirliyimiz Rusiya dövlət orqanlarına müraciət edib

Azərbaycanın Rusiyadakı səfirliyi Novosibirskdə baş verən faciə ilə əlaqədar Rusiya dövlət orqanlarına müraciət edib.

“Faciənin obyektiv və hərtərəfli araşdırılması üçün Səfirlik tərəfindən Rusiya Federasiyasının aidiyyəti qurumlarına müvafiq müraciət olunub”.

Bu barədə  Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyindən məlumat verilib.   

Məlumatda 28 may tarixində Novosibirsk şəhərində baş vermiş faciə ilə əlaqədar həyatını itirmiş Vəkil Yaqub oğlu Abdullayevin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verilib. Allah rəhmət eləsin!