Rusiyadan İran və Fransa səfirləri ilə Qarabağla bağlı görüş
Dünən Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko İran səfiri Kazem Cəlalini və Fransanın Moskvadakı səfiri Pyer Levini ilə ayrı-ayrılıqda qəbul edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı tərəflər Dağlıq Qarabağ məsələsi və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət daxil olmaqla regional gündəmin aktual məsələləri barədə ətraflı fikir mübadiləsi aparıblar.