Rusiyanın 102-ci hərbi bazası Zəngəzurda ?

     Ermənistan mətbuatının yazdığına görə Rusiyanın  Gümrüdəki 102-ci bazasının qüvvələri Zəngəzur (Sünik və Geqarkunik) mahalına gətirilir.

     Bildirilir ki, mayın 14-də Cənub Hərbi Dairəsinin komandanı Aleksandr Dvornikov Ermənistana gələrək Ermənistanın Müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyanla görüş keçirib.  102-ci baza Dvornikova tabedir və  bu bazanın fəaliyyətini koordinasiya edir .

    Bildirək ki, bundan bir müddət öncə də Nikol Paşinyan 102-ci bazanın Zəngəzurda dayaq məntəqəsinin yaradılması qərarının qəbul edildiyini açıqlamışdı.