Rusiyanın Donbasda genişmiqyaslı müharibəyə başlaması dünya müharibəsinə səbəb olar
Ukrayna Prezidenti Vladimir Zelenski Donbas münaqişəsi ilə bağlı bildirib : ” Donbas münaqişəsinin böyüməyəcəyinə inanıram, çünki bu, dünya müharibəsinə səbəb ola bilər və dünya buna hazır deyil “.
Vladimir Zelenski daha sonra deyib:
“Dünya və Avropa genişmiqyaslı bir müharibəyə hazırıdırmı? Düşünürəm ki, heç kim hazır deyil. Qənaətimə görə, Rusiya da buna getməz, çünki əks halda dünya müharibəsi başlaya bilər.
Ukrayna lideri son bir ayda eskalasiyanın azaldığını söyləyib:
“Düşünürəm ki, güclü eskalasiya var idi, amma bu gün dayanıb. Gərginlik son bir ayda azalıb. Gələcəkdə genişmiqyaslı müharibənin olmayacağına inanırıq”.