Rusiyanın növbəti hədəfi bu şəhərdi: UKRAYNA İSƏ “HAZIRIQ” DEYİR /VİDEO

Bir qədər əvvəl Odessa limanı yaxınlığında Helt ticarət gəmisi məhv edilib.
Reallıq TV bildirir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Qeraşinko məlumat yayıb.
Onun dediyinə görə, Rusiya hərbi gəmilərinin yaylım atəşi nəticəsində Helt batıb. Panama bayrağı altında üzən gəminin ekipajı həlak olub.
Bu arada Ukrayna Təhlükəsizlik Şurasının katibi Andrey Danilov Odessaya Rusiya Hərbi birləşmələrinin hücum planı hazırladığını bildirib.
Az öncə isə bu həyəcanlı xəbəri Odessadakı Azərbaycan diasporunun liderlərindıən olan Anar Ağazadə də sosial şəbəkədə təsdiqləyib:
“Hörmətli dostlar. Savaş bizim sahillərə doğru yaxınlaşır. Əhval-ruhiyyə yerindədir. Şəhərin müdafiəsi təşkil olunub. Soydaşlarımızdan xahiş edirik, stənilən dəyişən vəziyyətdə panikaya qapılmasınlar!”