Rusiyanın Ukraynadakı yeni itki sayı açıqlandı – SİYAHI

Ukrayna Rusiya Ordusunun itkilərini açıqlayıb.

“Reallıq Tv” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində paylaşım edilib.

Bildirilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya qüvvələrinin 269 ədəd tankı, 945 ədəd zirehli hərbi maşını, 105 ədəd artilleriya sistemi, 50 ədəd reaktiv yaylım atəşi sistemi, 19 ədəd hava hücumundan müdafiə sistemi, 39 ədəd təyyarəsi, 40 ədəd helikopteri, 409 ədəd avtomobil texnikası, 2 ədəd sürətli kateri, 60 ədəd yanacaq çəni, 3 ədəd dronu məhv edilib.

Qeyd olunub ki, vurulan təyyarə və helikopterlərin sayı ilə bağlı informasiya dəqiqləşdirilir.

Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin 10 mindən çox canlı qüvvə itirdiyini bəyan edib.