Ruslar Putinə güvənir? – SORĞU

Rusiyada hakimiyyətə yaxınlığı ilə bilinən İctimai Rəy Fondu (İRF) səfərbərlik elan edildikdən və Kremlin Xerson və Zaporojye vilayətlərini ilhaq etmək planlarından sonra əldə etdiyi sorğu məlumatlarını dərc edib.

Reallıq TV. xəbər verir ki, bu barədə “Azadlıq” radiosunda məlumat yayılıb.

Sorğunun nəticələrinə əsasən, Ukrayna vilayətlərinin ilhaqı və səfərbərlik elanından sonra narahatlıq səviyyəsi dərhal 35 faizdən 69 faizə yüksəlib. İRF-nin məlumatına görə, hakimiyyətin fəaliyyətindən narazılıq bu ilin sentyabr ayının ortası ilə müqayisədə 23 faizdən 29 faizə qədər artıb. Artıq vətəndaşların yalnız yarıdan az hissəsi Putinə güvənir.

Politoloq Mixail Vinoqradov “Mojem obyasnit” jurnalına verdiyi şərhdə İctimai Rəy Fondunun sorğusunun nəticələrini izah edib. Onun sözlərinə görə, eyni narahatlıq bu ilin fevral ayında da ifadə olunub:

“Lakin bu, daha çox iqtisadi və məişət problemləri ilə bağlı idi. İndi vəziyyət dəyişib”.