Rusların kəşfiyyat xarakterli hücumu dəf edildi

Ukrayna hərbçiləri Slavyansk istiqamətində Rusiya ordusunun kəşfiyyat xarakterli hücumunu dəf edib.

Reallıq Tv. xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukrayna müdafiəçilərinin səyləri nəticəsində işğalçıların (Rusiya tərəfi – red.) Mazanovka istiqamətində kəşfiyyat hücumu açıq şəkildə uğursuzluğa düçar olub və itkilərlə geri çəkiliblər.

Qeyd edilir ki, ruslar mülki hədəflərə raket zərbələri endirməkdə davam edir.