Rüstəm Muradov daha altı ay qalacaq
“Sputnik Armeniya”nın məlumatına görə Azərbaycanın Qarabağ bölgəsindəki sülhməramlı qüvvələrin komandadiri olan general-leytenant Rüstəm Muradov daha altı ay sülhməramlı qüvvələrin komandandiri olaraq vəzifəsinə davam edəcək.
Qeyd edək ki, bir müddət öncə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradovun vəzifəsindən kənarlaşdırılması barədə erməni mətbuatında xəbərlər dərc olunmuşdu. Yayılan xəbərlərə görə, R.Muradovun yerinə Cənub Hərbi Dairə komandanının müavini, general-leytenant Aleksey Avdeyevin təyin olunacağı bildirilmişdi.