Səfər Mehdiyev Ramiz Mehdiyevin qardaşı oğluna vəzifə verdi – TƏYİNAT

Dövlət Gömrük Komitəsində yeni təyinatların edilməsi barədə xəbər vermişdik. 

Reallıq Tv. xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Ramiz Mehdiyevin qardaşı oğlu Mehdiyev Telman Hüseynqulu oğlu da yeni vəzifəyə təyin edilib. 

1 il əvvəl general rütbəsi alan T.Mehdiyev Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilərək Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 

Xatırladaq ki, Telman Mehdiyevin qardaşı Nəriman Mehdiyev isə hazırda Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimidir.