Şəhid olduğu bilinən əsgərimizin ailəsindən müraçiət: Axtarırıq.Sağ olduğu deyilir
Vətən müharibəsində şəhid kimi bilinən Nihad Abdullayevin sağ olması barədə ailəsi məlumat yayıb.
Realliq.TV “Sherg.az”-a istinadən xəbər verir ki, 18 yaşlı Nihad Abdullayevin bacısı Nəzrin Abdullazadə qardaşının cəsədi gətiriləndə ailəsinə üzü göstərilmədiyini deyib:
“Onu çiyinlərində daşıyanlar deyirdilər ki, sanki tabutun içi boşdur. Yaxın günlərdə qohumumuz İnstaqramda görüb ki, bir həkim Nihatın şəklini paylaşıb. Yazıb ki, bu uşağın ailəsini tapın, komadan yeni ayılıb, vəziyyəti ağırdır, yaddaşını itirib. Nə isə xatırlamadığını bildirib. İndi həmin yaxınımız onun fotosunu paylaşan həkimin adını xatırlamır. Biz də onu axtarırıq. Xahiş edirik, bu haqda məlumat alsanız, ya da nə isə görsəniz bizə bildirin”.