Şəhid Tahir Əliyev Ağstafada dəfn olunub – YENİLƏNİB (FOTOLAR)

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu Ağstafa rayonunda Şəhidlər xiyabanında dəfn olunub.

Reallıq Tv. xəbər verir ki, dəfn mərasimində şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib.

Yaylım atəşindən sonra tabutun üzərindəki üçrəngli bayrağımız xatirə olaraq mərhumun ailəsinə təqdim edilib.

***

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu ilə vida mərasimi başlayıb.

Müsavat TV-nin əməkdaşının verdiyi məlumata görə, şəhid hərbiçimizlə vida mərasimi doğulub boya-başa çatdığı ata evində- Ağstafa rayonunun Xətai kəndində başlayıb.

Vida mərasimində şəhidimizin dostları, hərbiçi yoldaşları, Ağstafa Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak edir. Hərbiçimiz şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Xatırladaq ki, məlum hadisə zamanı Xudiyev Samir Səməd oğlu da həyatını itirib. Hər iki hərbiçimizə şəhid statusu verilib.