Sərhəd pozucularının açdıqları atəş nəticəsində şəhid olan hərbçilərimizin fotoları

2021-ci il 15 may tarixində sərhəd pozucularının açdıqları atəş nəticəsində şəhid olan hərbçilərimizin- baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlunun fotolarını təqdim edirik. 

       Bildirək ki, 15 may tarixində saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu­nun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd pozucuları  odlu silahdan atəş açmış, nəticədə 2 hərbçimiz şəhid olmuşdu.

   Şəhidlərimizə Tanrıdan rəhmət diləyir, ailələrinə başsağlığı veririk. 

    Vətən sağ olsun.