Sərhədçilərimizə atəş açan İran vətəndaşı tutuldu
Sərhədçilərimizə atəş açaraq 2 hərbçimizin şəhid edilməsi ilə bağlı aparılan araşdırmalar zamanı sərhəd pozucularından bir keçirilmiş əməliyyat tədbirləri nəticəsində birinin İran İslan Respublikasının vətəndaşı Bərgi Həsənəli Novruz oğlu müəyyən edilmişdir.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bərgi Həsənəli Novruz oğlu saxlanılmış.
Faktla bağlı Hərbi Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə), 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma), 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılmışdır.
Bildirək ki, 15 may tarixində saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd pozucuları odlu silahdan atəş açmış, nəticədə 2 hərbçimiz şəhid olmuşdu.
Sərhəd pozucularının açdıqları atəş nəticəsində şəhid olan hərbçilərimizin- baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlunun fotolarını təqdim edirik.
Şəhidlərimizə Tanrıdan rəhmət diləyir, ailələrinə başsağlığı veririk.
Vətən sağ olsun.