Sərhədlərimiz SSRİ dövründəki xəritəyə uyğun bərpa edilir

” Sərhəddə nə irəliləmə var, nə də geriləmə. Dediyim kimi, sadəcə rusların nəzarəti altında sərhədlər müəyyənləşir “.

Realliq.TV bildirir ki, bu sözləri “Sherg.az”a  açıqlamasında  politoloq Sədrəddin Soltan bildirib. 

“Deyilənlər və yazılanlar cəfəngdir. Bildiyiniz kimi, 90-cı illərdəki işğaldan sonra Azərbaycanın sərhədləri pozulmuşdu. İndi isə SSRİ-dən qalma sərhədlər bərpa olunur.
Sosial mediada yazılanlar erməni mətbuatına aldanmaq deməkdir. Əslində sərhəddə nə irəliləmə var, nə də geriləmə. Dediyim kimi, sadəcə rusların nəzarəti altında sərhədlər müəyyənləşir.
Əgər, AXC dövründəki sərhədlər bərpa olunsa idi, onda hansısa irəliləmədən söhbət gedə bilərdi. İndiki sərhədlər isə dediyim kimi, SSRİ dövründəki xəritəyə uyğundur” , – deyə  plitoloq bildirib