Şabran sakini külli miqdarda narkotiklə tutulub

Şabran sakinindən külli miqdarda narkotik aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Reallıq Tv-yə verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Cavid Hüseynov saxlanılıb.

Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana, psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.