Sakaryada 6 PKK/YPG terror qruplaşması üzvü məhv edildi

Türkiyə Silahlı Qüvvələrinin bölmələri Suriyada terrorçuları məhv edib.
Bu barədə Türkiyənin Milli Müdafiə nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, “Barış pınarı” əməliyyat zonasında PKK/YPG terror qruplaşmasının 6 terrorçusu məhv edilib. Bildirilir ki, terrorçular əməliyyat zonasına hücum etməyə hazırlaşarkən zərərsizləşdiriliblər.