Samir Şərifov: “Bir sıra ölkələrdə yanacağın qiyməti artıb, bizdə sabit qalıb”

“Bir sıra ölkələrdə yanacağın qiyməti sürətlə artıb, Azərbaycanda isə sabit qalıb”.

Reallıq Tv. report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

“Bu da Tarif (Qiymət) Şurasının siyasəti ilə bağlıdır”, – o qeyd edib.

“Hazırda inflyasiya fenomeni təkcə Azərbaycana xas amil deyil. Bir sıra ölkələrdə, o cümlədən, inkişaf etmiş ölkələrdə son 40 ildə görülməyən yüksək inflyasiya göstəriciləri qeydə alınır”, – nazir əlavə edib.

Xatırladaq ki, Azərbaycanda sonuncu dəfə yanacağın qiyməti 4 yanvar 2021-ci il tarixində artırılıb. Həmin vaxt “Aİ-92” markalı benzinin 1 litrinin qiyməti 90 qəpikdən 1 manata, dizel yanacağının 1 litrinin qiyməti isə 60 qəoikdən 80 qəpiyə qaldırılıb. “Aİ-95” və “Aİ-98” markalı benzinlərin qiymətlərini isə dövlət tənzimləmir.