Sanator Kurort Reabilitasiya Mərkəzinindən qazilərimizlə bağlı açıqlama

     Səhiyyə Nazirliyi Sanator Kurort Reabilitasiya Mərkəzinin baş direktoru Mürsəl Mürsəlov mətbuata açıqlamasında bildirib ki, müharibədən və cərrahi əməliyyatdan sonrakı ilk mərhələdə qazilərin vəziyyəti çox ağır idi. Hazırda onların vəziyyəti normaldır.

     Mərkəzin baş direktoru bildirib ki, ilk dövrlərdə qazilərin 90 faizində psixoloji durumla bağlı problemlər var idi: “Ətrafların hərəkətində yaranan problemlər psixoloji duruma mənfi təsir edir. Həm fiziki ağrı və qüsurlar, həm də psixoloji travmalar özünü qabarıq şəkildə göstərirdi. İlk dövrdə ağır xəstələrlə işlədik. Onlara fiziki reabilitasiyadan başqa, psixoloji yardım da göstərildi. Artıq onların psixoloji durumu düzəlib, ağrıları azalıb, lakin reabilitasiyaya ehtiyacları olduğu üçün mərkəzə müraciət edirlər”.

   Baş direktor qeyd edib ki, daha çox ətrafların travması, kəllə-beyin travmaları, psixoloji durumlarında problemlərlə bağlı müraciət edənlər üstünlük təşkil edirlər.