Satışa çıxarılan mənzillərlə bağlı XƏBƏRDARLIQ – VİDEO

Son günlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onlayn qaydada satışa çıxarılan mənzillərin alınmasında ev alqı-satqısı ilə məşğul olan bəzi dəllallar tərəfindən vasitəçilik təklif edilməsinə dair elanlara rast gəlirik.

Sosial Xidmətlər Agentliyi açıqlama yayaraq bildirib ki, vətəndaşlar hər kəs üçün yaradılmış hüquqi imkanlardan istifadə edərək qazanc məqsədi güdən bu cür vasitəçilik təkliflərinə aldanmasınlar.

Məsələ ilə bağlı Baku TV-yə münasibət bildirən Sosial Xidmətlər Agenliyinin sözçüsü Murad Həşimov vurğulayıb ki, mənzillərin satışı ms.sosial.gov.az portalı üzərindən onlayn qaydada aparılacaq: “Ona görə də burada vasitəçiyə heç bir ehtiyac yoxdur”.