Savaşdan zəfərlə çıxan xalqı çörəklə çökdürmək istəyənlər

Azərbaycanda un məmulatının qiyməti bahalaşıb. Topdan satış məntəqələrində hər 50 kiloqramlıq unun qiyməti 50 qəpik, pərakənda satış məntəqələrində isə daha çox bahalaşıb.

   Satıcılar bildrib ki, qiymət artımını satış məntəqələri deyil, firmalar tətbiq edir.

    Biz isə deyirik ki, un məmulatlarının qiymətini ucuzlaşdırın. Savaşdan yenicə çıxmış bir xalq üçün çörək silah qədər önəmlidir. O silahın açılmaması üçün dövlət qurumları dərhal hərəkətə keçməlidirlər. Atalarımız deyib ki, çörəyi ver çörəkçiyə, birini də üstəlik. Haqımız olanı verin, üstün istəmirik.

Hə, atalarımız bir də deyib ki, çörək açan qapını, qılınc açmaz. Qapıları  bağlamayın. Qarşıda ZƏNGƏZUR var.