Saxta əlillik dərəcəsi alanların sayı açıqlandı

Saxta əlilik dərəcələri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova bildirib ki, on illərdə 7 mindən çox saxta əlillik aşkarlanıb və ləğv edilib.

M.Məmmədova qeyd edib ki, hazırda Azərbaycanda əlilliyin ümumi göstəricisi əhaliyə nisbətdə 6 faiz təşkil etsə də, pensiya sistemində bu, 30 faizdir. Bu, digər ölkələrin təcrübəsi ilə nisbətdə həddindən artıq böyük rəqəmdir:

“Son illərdə 7 mindən çox saxta əlillik aşkarlanıb və ləğv edilib. Bu işlər mütəmadi olaraq davam etdiriləcək. Bizim fəaliyyətimiz bu istiqamətdə şəffaflığı təmin etməkdir. Bu, sosial sahədə aparılan islahatlardan biridir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məqsədi əlillik təyinatına həqiqətən də uyğun olan, buna haqqı olan şəxslərə əlillik dərəcəsinin verilməsidir. Biz çalışırıq ki, onların əlillik təyinatı düzgün aparılsın, sui-istifadə halları aradan qaldırılsın”, – Mətanət Məmmədova bildirib.