Silahlı Qüvvələrimizə məxsus hərbi avtomobil Kəlbəcər rayonunun Ermənistanla sərhəd ərazisində minaya düşüb
Müdafiə nazirliyi (MN) Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi avtomobilin Kəlbəcər rayonunun Ermənistanla sərhəd ərazisində minaya düşdüyünü təsdiqləyib.
Realiq.TV bildirir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Anar Eyvazov hərbi avtomobilin minaya düşməsi faktını təsdiqləyib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi avtomobilin Kəlbəcər rayonunun Ermənistanla sərhəd ərazisində minaya düşməsi barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Hadisə nəticəsində hərbçilər arasında ölən və yaralananların olması ilə bağlı dəqiq məlumat yoxdur.