ŞOK AÇIQLAMA: Rus ordusunun resursları tükənir /VİDEO

Rus ordusunun hərbi resursları tükənmək üzrədir, o zaman maddi-texniki cəhətdən çöküş olacaq.
Reallıq TV xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.
“Ukraynada düşmənin hərbi resursları tükənmək üzrədir. Bu onların maddi-texniki çöküşünə səbəb olacaq. Bunu başa düşəndə düşməni əsir götürmək tendensiyası artır. Söhbət bir əsgərdən deyil, bütöv bir tağımı əsir almaqdan gedir. Minlərlə rus əsgəri ölüb, Rusiya isə bunu etiraf etmir. Onlar artıq başa düşüblər ki, Rusiya orduya xəyanət etdi”, – Reznikov bildirib.