SON DƏQİQƏ! Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı – FOTO

Hərbi prokurorun müavini Rasim Kazımov vəzifəsindən azad edilib.

Bu barədə “Reallıq Tv”nin sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, R.Kazımov prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.