SON DƏQİQƏ: Çindən gözlənilməz qərar: BİZ UKRAYNANIN…

Çin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.
Reallıq TV xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba çinli həmkarı Van Yi ilə danışığının təfərrüatları barədə açıqlamasında deyib.
“Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Ukrayna ərazisində müharibəyə son qoymaq üçün hər cür səy göstərməyə davam edəcəyini bildirib”, – deyə XİN rəhbəri bildirib.

Xatırladaq ki, bu günə qədər Çin, Rusiya-Ukrayna münaqişəsində bitərəf mövqedən çıxış edirdi və bəzi hallarda Rusiyanı haqlı sayırdı. Görünür son günlər Dünya güclərinin Rusiyanı təcrid etmələri və ağır sanksiyalar Çinin mövqeyində dəyişikliyə səbəb olub. Hər halda Rusiya prezidenti Putin bunu gözləmirdi. Qarşıda münaqişə uzanacağı təqdirdə Çinin də sanksiyalara qoşulacağı şərtdir. Çünki, qərb şirkətləri hesabına büdcəsini formalaşdıran Çinin iqtisadiyyatını Rusiyaya görə təhlükəyə atacağı inandırıcı deyil.