SON DƏQİQƏ: Etiraz edənlər həbs və güllələnmə ilə hədələnir -VİDEO

Qondarma Luqansk v Donets respublikalarında işğalçı rus ordusuna çağırılan hərbçilər Ukrayna silahlı qüvvələrinin irəliləməsi nəticəsində Rusiya ilə dövlət sərhəddinə qədər geri çəkilib. Bu barədə Ukrayna teleqram kanalları məlumat verib. Məlumata görə, qondarma respublikalardan olan hərbçilər iki gündür Rusiya ilə sərhəddə saxlanılır və Rusiya ərazisinə buraxılmır. Hərbçilərə bununla bağlı heç bir izahat verilmir, etiraz edənlər isə həbs və güllələnmə ilə hədələnir.