SON DƏQİQƏ! Operativ Qərargah vacib məlumat yaydı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 164 yeni yoluxma faktı qeydə alınıb, 248 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reallıq TV.-nin verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 821 162 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 181 nəfər müalicə olunaraq sağalıb, hazırda 1071 aktiv xəstə var. Bu günə qədər 9910 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3054, bu günə qədər isə ümumilikdə 7 245 111 test icra olunub.